Ailəm və məktəbim

19.02.2024-cü il tarixində “Ailəm və məktəbim” layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. Görüşdə təşkilatçı müavin, məktəbin psixoloqu, sinif rəhbəri və valideynlər iştirak etdi. Görüş zamanı məktəbin psixoloqu Aybəniz Babazadə tərəfindən “Bullinq” mövzusunda təqdimat nümayiş etdirildi və mövzu haqqında maarifləndirici söhbətlər aparıldı. Məktəbin təşkilatçı müavini Aidə Şahverdiyeva şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi mövzusunda çıxış etdi. İclasın sonunda valideyn-məktəb münasibətləri mövzusunda valideynlərlə anonim sorğu keçirildi.