"Yol hərəkəti qaydaları və biz!"

Azərbaycan Milli Avtomobil Klubu " Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketi "”EASST təşkilatının təqdim etdiyi Yol Hərəkəti Təhlükəsizliyi Tədris Paketinin köməyi ilə məktəbli uşaqlar arasında qeyd olunan tədris layihəsi Məzahir Rüstəmov adına 32 №-li tam orta məktəbdə həyata keçirildi. Məktəbin akt zalı şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları və şarlarla bəzədilmiş, xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgilənmişdir. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirdə şagirdlər interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirdilər.Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.