"Azərbaycan dili milli varlığımızdır"

30.XI.2023-cü il tarixində siniflərdə "Ana dilim, doğma dilim", "Ana dili varlığımızdır" mövzularında nümunəvi dərslər təşkil olunmuşdur. 6c, 6a sinif müəllimləri Fərqanə Dəmirova, Lətifə Musayeva şagirdlərə dilimizin saflığından bəhs etdilər. Lətifə müəllimin maarifləndirici məlumatları, hazırladığı videoçarx nümayiş olundu. VIa sinif şagirdləri şeirlər, kəlamlar, qruplarla işlər təqdim etdilər. VIc sinif şagirdləri mahnı səsləndirdilər, şeirlər söylədilər.