Biz Qalib Xalqıq !

Məktəbin akt zalında IIIe sinif müəllimi Aytən İbrahimovanın şagirdləri ilə birgə hazırladıqları nümunəvi dərs təşkil olundu. Şagirdlər şeirlər söylədilər. Zəfər gününə həsr olunmuş "Biz Qalib Xalqıq ! " "Zəfərimiz mübarək " tədbirinə Prezident Təhlükəsizlik Xidmətindən Mayor İbrahimov İsrafil və oranın əməkdaşı Rəşad Qasımov qonaq qismində dəvət olunmuşdular. Məktəbin direktoru, direktor müavini, UBTR, psixoloq, təşkilatçı, müəllim və şagird kontingenti iştirak edirdilər. Qonaqlarımız "Zəfər yolunda" iştirak etdiklərindən söhbət açdılar, məlumatlar verdilər. Məktəbin direktoru Sevda Abdullayeva sonda çıxış edərək, Müzəffər Ali Baş Komandanın gördüyü işlərdən danışdı. "Biz Qalib xalqıq !" "Var olsun Azərbaycan Xalqı !"