Şagirdimizin uğuru

Məktəbimizin 8C sinif şagirdi və eyni zamanda Türkiyənin "Bayraktar texnoloji" şirkətinin direktoru Selcuk Bayraktarın Azərbaycanda təsis etdiyi "Deneyap" texnologiya mərkəzinin şagirdi Əliyev Avtandil 74-cü Beynəlxalq Astronovtika Konqresinin açılış mərasimində iştirak etmişdir. Mərasimdə iştirak edən "Bayraktar" şirkətinin direktoru Selcuk Bayraktar mərkəzə gələrək burada şagirdlərinə öz tövsiyələrini verib onlara uğurlar arzulamışdır.Tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri də iştirak etmişlər. Biz də şagirdimiz Əliyev Afdandilə bütün işlərində uğurlar arzulayırıq.