Suyun matematiği layihəsi

Məktəbimizin ibtidai sinif müəllimi Natəvan Mustafazadə və Türkiyədən sinif müəllimi Nevzat Can ilə birlikdə “Mathematics Of Water “eTwinning layihəsinin əsasını qoydular. Bu layihədə şagirdlər əyləncəli və intelektual səviyyələrini artıran Riyaziyyat fəaliyyətləri vasitəsi ilə su haqqında məlumat əldə etdilər. Layihənin məqsədi su ilə bağlı məlumatlandırma tədqiqatlarının aparılması, yaşadığımız əsrdə daha çox dəyərə çevrilmiş, ətraf mühitə və təbiətə həssaslıqlarını artırmaq, şagirdlərimizin suyun əhəmiyyətinin anlaması üçün bir çox fəaliyyətlər icra olundu. Hətta layihə haqqında Türkiyə saytlarında və qəzetlərdə məlumatlar paylaşılıb.