"Zooloji parkda ekuskursiya"

Şagirdlərin "Zooloji parka ekuskursiyası" təşkil olundu. Mövzu "Heyvanlar aləmi" ətrafında "nümunəvi dərs" olaraq keçirildi. Sinif müəllimi,şagirdləri ilə mövzunu ətraflı şəkildə danışdılar. Əyani olaraq heyvanlarla tanışlıq təşkil olundu. Şagirdlərin marağı,sualları nümunəvi dərsi daha zənginləşdirdi. Ulu Öndərimiz Heydər Əliyev söyləmişdir "Mən istəyirəm hamınız təbiəti qoruyanlar olasınız".