“ 20 Yanvar – Azadlığa gedən yolun zirvəsi”

Məktəbimizdə “ 20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” ədəbi- bədii kompozisiyası keçirildi və akt zalında tədbir oldu. Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak edirdilər. Tədbirdə ilk növbədə “ Himn” səsləndi. “20 Yanvar” faciəsində şəhid olmuş vətəndaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyasında bayatılar, şeirlər oxudular. Vətənpərvərliyə aid mahnılar səsləndi. 7-8 dəqiqəlik proyektorla “ 20 Yanvar” faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Məktəbin direktoru S.Abdullayevaya söz verildi. O, “Qanlı şənbə gecəsindən” çox ətraflı danışdı. “ Vətən şəhidləri ilə ucalır” mövzusu haqqında çıxış etdi. Bununla tədbir yekunlaşdı. Allah Şəhidlərimizə rəhmət etsin.Məktəb rəhbərliyi və məktəblilər Şəhidlər Xiyabanına ziyarətə getdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi