10 may-Ümummilli lider Heydər Əliyevin doğum günü! 100 illik yubiley!

Məktəbin müəllim kollektivi, şagird kontingenti, təşkilatçı tərəfindən Heydər Əliyevin "100 illik yubileyi"qeyd edildi. Tədbirdə şagirdlər Heydər Əliyevin hikmətli kəlamlarını, mahnılarını, şeirlərini söylədilər. Şagirdlərin hazırladıqları rəsmlər, divar qəzetləri nümayiş olundu. V-VII sinif şagirdləri "Ey Ulu Öndər" mahnısını xorla oxudular. II-III sinif şagirdləri "biz Heydər babanın nəvələriyik" xorla səsləndirdilər. Azərbaycan dili və ədəbiyyat müəllimi Dəmirova Fərqanə V siniflərdə hazırladıqları kompazisiyanı nümayiş etdirdilər. Mahnılar, rəqslər, geyimlər, şagirdlərin yüksək əhval ruhiyəli şıxışları,Ulu Öndər Heydər Əliyevi daima unutmadıqları qəlblərdə yaşatdıqları və yaşadacaqlarının bariz nümunəsidir.