"Şeir müsabiqəsi, divar qəzeti və rəsm sərgisi keçirildi"

Məktəbimizin bütün siniflərinin iştirakı ilə “20 Yanvar” faciəsi ilə əlaqədar olaraq Şəhidlərimizin xatirəsinə həsr olunmuş ”divar qəzetləri”, rəsm sərgisi, şeir müsabiqəsi keçirildi. Şagirdlər 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad etdilər. Məktəbin adını daşıyan Milli Qəhrəman Məzahir Rüstəmovun büstünün üzərinə qərənfillər qoyuldu və M.Rüstəmova həsr olunmuş şeirlər söylədilər.