“Şəhidlərimizi Qururla Anırıq”

27.09.2022 -ci il tarixində Azərbaycan Respublikasında “Anım Günü”dür. Həmçinin məktəbimizdə də “Anım Günü”nə həsr olunmuş tədbirdə məktəbin direktoru, direktor müavinləri, müəllimləri iştirak edirdilər. Şəhidlərimizi 1dəqiqəlik sükutla yad etdilər. Məktəbin direktoru S.Abdullayeva çıxış etdi. Şagirdlər şəhidlərimizə aid şerlər söylədilər. Tarix müəllimi Q.Məmmədova tarixi hadisələrdən danışdı.
Tədbirdə şəhid Amid Heydərovun övladı 3C sinf şagirdi Heydərova Şəms Amid qızı da iştirak edirdi. Biz şəhidlərimizin qarşısında baş əyirik,onlara borcluyuq. Şəhidlərimizi qururla anırıq.