"Yay məktəbi "sona çatdi

Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə “Yay məktəbi"nin başa çatması ilə bağlı media tur təşkil olunmuşdu.
"Yay məktəbi"nin bağlanış mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva,millət vəkili Sədaqət Vəliyeva,idarənin müvafiq stuktur bölmə rəhbərləri,müəllimlər,şagirdlər və KİV nümayəndələri iştirak edirdilər.Yay məktəbinin maraqlı keçməsi üçün məktəbdə məntiq yarışları,ingilis dili,oxu guşəsi,STEAM dərsləri ilə yanaşı uşaqların asudə vaxtlarının daha maraqlı keçməsi üçün rəsm, texnologiya,şahmat,ağac əkmə,uşaq xoru,müxtəlif rəqs və öyrədici oyunlar təşkil olunmuşdu.