Konstitusiya Araşdırmalar Fondunun təşkilatçılığı ilə ekskursiya

Konstitusiya Araşdırmalar Fondunun təşkilatçılığı ilə 18.06.2022 –ci il tarixində Bakı şəhərinin 32, 12, 95 və 116 saylı məktəblərin IV-VI sinif şagirdləri Masallı rayonu Yaşıl göl turizm məntəqəsinə ekskursiyaya aparıldı. Ekskursiyanın məqsədi məktəblilərə aqroturizm anlayışını əyani olaraq göstərmək, balıqçılıq və fermer təsərrüfatı ilə tanış etmək oldu. Aqroturizm və balıqçılıq təsərrüfatı haqqında ətraflı məlumat verildi. Həmçinin uşaqların asudə vaxtları səmərəli təşkil olundu, maraqlı oyunlar keçirildi.