"Zəfər tarixi" mövzusunda konfrans keçirildi

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Zəfər tarixi konfransının keçrilməsi barədə verdiyi F-450 nömrəli qərarına  əsasən 3 iyun 2022-ci il tarixində Bakı şəhəri Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə yekun konfrans keçirildi. Konfrans Dövlət Himninin oxunması ilə başlandı. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış oğulların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevda Abdullayevanın iştirakı ilə keçirilən konfransda məktəbin IX sinif şagirdləri və tarix müəllimləri  Hüseynova İmmi, İmranova Leyla, Bəndəliyeva Aygün İştirak etdilər.  Şagirdlərdən Yusubov Telman, Əsgərova Nəzrin, Müxtarzadə Nərgiz, Əlihəsənova Pınarın 44 günlük müharibəyə həsr olunmuş məruzələri dinlənildi.Mövzu ilə bağlı keçirilən açıq dərslər müzakirə olundu və qərara alındı ki, məktəbdə ardıcıl olaraq Zəfər tarixinin və Vətənpərvərliyin təbliğatı daha da genişləndirilsin.Sonda şagirdlərin Zəfərimizlə bağlı hazırladıqları şeir və mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi