"Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçrilmişdir.Müsabiqədə Nizami rayon Məzahir Rüstəmov adına 32 nömrəli orta məktəbin X a sinif şagirdi Hüseynova Fidan da iştirak etmişdir.Biz çox sevinirik ki,şagirdimiz bu müsabiqədə I yerə layiq görülmüşdür.