Xocalı qan yaddaşımız

Azərbaycan Respublikasınin Milli qəhrəmanı Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı"nın 30 illiyi ilə əlaqədar tədbir keçrildi.Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başladı.Daha sonra Xocalı soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri məktəbin tarix müəllimi İmmi Hüseynova açıq elan etdi.O,bildirdi ki XX əsrin ən dəhşətli faciələrindən biri,bəşəriyyətə və insanlığa törədilmiş ağır cinayət olan Xocalı faciəsindən 30 il keçir.Lakin 30 il keçməsinə baxmayaraq bu gün də bu faciə xalqımız tərəfindən anılır,tariximizdə qara səhifə kimi heç vaxt yaddan çıxmayacaqdir.Tədbirdə bu faciəyə həsr olunmuş videoçarx nümayiş etdirildi.Şagirdlərin söylədikləri şeirlər kompazisiyası tədbiri daha da təsirli və yadda qalan etdi.Sonda məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sevda Abdullayeva bu faciənin xalqımızın yaddaşından silinməyəcəyini xatırlatdı.Bütün dünyada baş verən bü cür faciələrin insanlığa yad olduğunu,sülhün və əmin-amanlığın bəşəriyyət üçün ən vacib amil olduğunu qeyd etdi.