Bakı məktəblərində partlayıcı sursatların təlükəsinə dair marifləndirmə

Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusu gerçəkləşdi.Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı,dünyada bir daha qalib xalq kimi,məğlubedilməz dövlət kimi özünü göstərdi.
Təbii ki, dədə-baba torpağımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək arzusu ilə yaşayır.lakin mənfur düşmənin törətdiyi vandalizmin fəsadları qalmaqla yanaşı işğaldan azad edilmiş torpaqlara xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həyatını itirən və yaralananlara cox təəssüf ki rast gəlinir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli ,F-416 nömrəli əmri ilə təstiq edilmış “ Təhsil müəsisələrin müəllim ,şagird heyyətinin partlayış təhlükəsinə qarşı marifləndirilməsi barədə metodiki tövsiyyə”lərin ümumi təhsil müəsiəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə,Baki şəhər Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 7A sinfində Həyat Bilgisi fənni üzrə müəllim Vəfa Alıyeva tərəfindən “Açıq dərs” keşirildi.
Dərsdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov,Bakı Şəhəri təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağrışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov,Azərbaycan Qarabağ müharibəsi əlillər veteranları Şəhid ailələri içtimai birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev ,Azərbaycan Qarabağ içtimai birliyinin Nizami rayon şöbəsinin müavini Qəhrəman Qasımov,qazilər Abbas Əliyev,Anar Məmmədli və digər qonaqlar iştirak edirdi.
Tədbir Azərbaycan Respublukasının Dövlət himni ilə açiq elan olundu,daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək qonaqlari salamladı.O,təşkil olunmuş bu tədbirin mahiyyətini qonaqlara çatdırdı.Fənn müəllimi Vəfa Alıyeva”Mina Təhlükəsizliyinə dair marifləndirmə” mövzusunda dərs nümayiş etdirdi.
Gənclərin Çağrışaqədərki Hazırlıq rəhbəri,Birinci Qarabağ veteranı ehtiyatda olan kapitan Nadir Vəliyev minaların növləri ilə şagirdləri əyani şəkildə tanış etmiş,minalanmış ərazi nə deməkdir,minaların partlayış zamanı törətdiyi fəsadlar,partlamamış sursatlar barəsində ətraflı məlumat verdi,döyüş sursatlarını şagirdlərə əyani şəkildə nümayiş etdirdi.
Məktəbin həkimi Fəridə Əliyeva yaraların üzərinə aseptik sarğıların və şinaların qoyulma metodunu nümayiş etdirdi.Azərbaycan Respublikasının Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Aydın Rəhimov vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində şagirdlərlə söhbət aparıb onların sualını cavablandırdı.
Tədbirin sonunda məktəbin rəhbərliyinə ANAMA tərəfindən hazırlanmış təlimat kitabçası və partlayıcı sursatların təhlukəsinə dair təbliğat matriyalları olan marifləndirici və xəbərdaredici poster və bukletlər təqdim olundu.