Yollarda təhlükəsizlik davranışını öyrənək

18 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində “Yollarda Təhlükəsizlik Davranışını Öyrənək” devizi altında orta ümumtəhsil məktəbləri arasında yarış keçrilmişdir.Yarışda Nizami rayon Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin VII C və VII Ç sinif şagirdləri də iştirak etmişlər.”Yol Hərəkəti Qaydalarını Öyrənək” lahiyəsi çərçivəsində keçirilən maarifləndirici təlim çox böyük əhəmiyyətə malik idi.Tədbirdə yol hərəkəti təhlükəsizliyi,içtimai nəqliyyatda davranış qaydaları,yol nişanları və digər mövzularda çıxışlar olundu,videoçarx və əyani vasitələr nümayiş edildi.Bu da uşaqların yollarda təhlükəsizlik qaydalarına əməl etmələri üçün maarifləndirici əhəmiyyət kəsb edirdi.