"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir

10 dekabr 2021-ci il tarixində Bakı şəhəri Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin daxilində fəaliyyət göstərən” Kiçik Akademiya” üzvləri tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və milli –mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçrilmişlər.Məktəb rəhbərliyi, müəllimlər və digər şagirdlər bu tədbirdə iştirak etmişlər.Məktəbin direktoru Sevda Abdullayeva ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş çıxış etmişdir.
Kiçik Akademiya “”nın rəhbəri tarix müəllimi İmmi Hüseynova “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə etmiş,müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir dövlət yaratmış,onun sarsılmazlığını,müstəqilliyini,əbədiliyini,daimiliyini,dönməzliyini təmin etmiş Ulu Öndər ümummilli lider H.Əliyevin bizlərə və gələcək nəsillərə ərmağan etdiyi zəngin irsdən bəhs etmişdir.
Tədbirdə Heydər Əliyevin həyat və fəaiyyəti ilə bağlı sənədli film nümayiş etdirilmişdir.Şagirdlərimiz Abdullayeva Səlimə,Hüseynova Şəbnəm,İsmayilzadə Pəri,əliyev İamayıl ,Əlizadə Nihad,Kərimli Vüsal,Fətiyev Fətulla tədbirdə öz təqdimatları ilə çıxış etmişlər.