8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir

Bu gün M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçrildi.Tədbirdə BŞTİ-nin müdiri M.Vəliyeva ,Nizami Rayon İcra Hakimiyyətinin və YAP-in nümayəndələri,məktəb direktorları,müəllim və şagird kollektivi də iştirak edirdi.
Tədbir iştirakçılarından BŞTİ-nin müdiri M.Vəliyeva və millət vəkili S.Vəliyeva çıxış edərək 8 noyabr Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.Ali Baş komandan İlham Əliyevin və rəşadətli ordunun birgə səyi nəticəsində əldə olunan qələbədən Zəfərdən danışdılar.
Həmçinin tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompazisiya,mahnılar və şeirlər səsləndirildi.Onların Zəfər Gününə aid çəkdikləri rəsm əsərləri də sərgiləndi.