VII Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya

6-10 oktyabr 2021-ci il tarixdən Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçirilir. Sərgi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Sərginin məqsədi insanlarda kitaba həvəs yaratmaq və mütaliəni təbliğ etməkdir. Buraya gələn ziyarətçilər həm Azərbaycan, həm də xarici nəşriyyatlarla tanış olurlar.
Bu məqsədlə M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 6 ”b”, 7 “ç” sinif şagirdləri, məktəbin müəllimləri A.Bəndəliyeva və A.Məhişovanın iştirakı ilə sərgi ilə yaxından tanış olmuşlar. Burada şagirdlər Azərbaycan və dünya ədəbiyyatına aid kitablar, müxtəlif nəşrlər və onların müəllifləri ilə tanış oldular. Yarmarkadan şagirdlər maraq dairələrinə uyğun kitablar əldə etdilər. Yüksək səviyyədə təşkil edilmiş bu sərgidə hər kəs səmərəli zaman keçirdi.