Zəfər qoxulu tədris ili

Bu gün 2021-2022-ci ilin “Zəfər qoxulu” ilk tədris ili fəaliyyətə başladı.Bu münasibətlə M.Rüstəmov adına 32 saylı tam orta məktəbdə tədbir keçirildi.
Dövlət himni ilə başlayan tədbiri məktəbin drektoru Sevda Abdullayeva açdı.O,məktəbə ilk qədəmlərini qoyan birinciləri təbrik etdi,onlara təhsildə uğur arzuladı.Daha sonra təbriklərə məktəbin tarix müəllimi Aygün Bəndəliyeva öz cixişı ilə və 6-cı sinif şagirdləri hazırladıqları kompazisiya ilə qoşuldular.