Təhsildən qalmayaq!

     Yer kürəsinin bütün ərazisini əhatə etmiş, epidemiyaya çevrilmiş koronovirusla mübarizə ilə əlaqədar üzərimizə düşən vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Müvəqqəti olaraq təhsil müəssisələrinin bağlı olması hələ təhsilə son qoymaq deyil. Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayevanın birbaşa nəzarəti ilə məktəbin müəllim kollektivi distant təhsilin imkanlarından istifadə edərək gündəlik dərslərinə davam edirlər. Əsas məqsədimiz şagirdlərin təhsil prosesindən geri qalmamasını təmin etməkdir. Bunun üçün texnologiyanın, internetin bizə yaratdığı şəraitdən istifadə edirik. Bu bir daha sübut edir ki, müəllimlər və şagirdlər öz müsbət enerjiləri ilə virusun qarşısında aciz qalmadıqlarını təsdiq edirlər. Son ana qədər təhsil işçiləri olaraq mübarizəmizi davam etdirəcəyik və inanırıq ki, ölkə başçısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın dəstəyi və himayəsi ilə bu bəladan tezliklə xilas olub yenidən öz sinif otaqlarımıza qayıdacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi