"Sağlam təhsil, sağlam millət" layihəsinin təlimi

   Fevralın 25-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlər arasında "Sağlam təhsil, sağlam millət" layihəsinin eksperti, Azərbaycan Tibb Universitetinin dosenti Sədaqət Həsənova maarifləndirici təlim keçirtdi. Təlimdə sağlam və düzgün qidalanma, xeyirli və zərərli qidalar, sümüklərə faydalı olan qida məhsulları, vitaminli qidaların qəbulu, gigiyena qaydalarına riayət etmək, yoluxucu xəstəliklərdən qorunmaq və dişlərə qayğı göstərilməsi haqqında nümayiş olunan slayd vasitəsilə geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi