“Kitabları sevgi ilə hədiyyə edin” adlı tədbir

Fevralın 14-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin kitabxanasında “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə “Kitabları sevgi ilə hədiyyə edin” adlı tədbir keçirildi. Tədbiri kitabxana müdiri Nahibə Abbasova 1“f” sinif şagirdləri ilə təşkil etmişdi. O, “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü”ndən və kitabın yaranma tarixindən geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd şagirdlərə kitabı sevdirməyi, oxumağı və onları qorumaq hisslərini aşılamaqdır. Sonra şagirdlər çıxış edərək kitab haqqında şeirlər, tapmacalar və atalar sözləri söylədilər. Onlar kitab haqqında kiçik səhnəcik göstərdilər və mahnı ifa etdilər. Kitabxana müdiri şagirdlərlə kitab haqqında maraqlı sorğu keçirtdi və onlara kitablarla bağlı tövsiyyələr verdi. Tədbirin sonunda şagirdlərə valideynləri tərəfindən alınan maraqlı şəkilli kitablar hədiyyə edildi.