“Ulu öndər Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda dərs

Fevralın 11-də M.Rütəmov adına 32 nömrəli tam orta məktəbin akt zalında tarix müəllimi Aygün Bəndəliyeva tərəfindən, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda dərs keçirildi. Aygün Bəndəliyeva məlumat verdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “...Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Tədbirin sonunda ulu öndərə həsr olunmuş film nümayiş olundu. Filmdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapırdı.