“Beynəlxalq Təhlükəsiz İnternet Günü” ilə bağlı "Açıq dərs"lər

Fevralın 11-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə “Beynəlxalq Təhlükəsiz İnternet Günü” ilə bağlı informatika fənnindən "Açıq dərs"lər keçirildi. İnformatika müəllimləri çıxış edərək məlumat verdilər ki Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Ölkəmizdə də hər il Təhlükəsiz İnternet Gününə həsr edilən bir sıra tədbirlər keçirilir.
Təhlükəsiz İnternet Günü mövzusuna böyük həvəs göstərən şagirdlər İnternet istifadəçiləri üçün təhlükəsizlik qaydaları ilə bağlı müxtəlif şəkillər çəkmişdilər. Həmçinin şagirdlər internet vasitəsilə daxil olan təhlükə ilə bağlı öz fikirlərini söylədilər və internet təhlükəsizliyi barədə müzakirələr aparıldı.