“İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası”na həsr olunmuş dərs

     Fevralın 7-də  Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Bəndəliyeva tərəfindən 8-ci sinif şagirdlərinə “İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası”na həsr olunmuş dərs keçirildi. Dərsdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiəsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verildi. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışıldı.

     Qeyd edək ki, dərsin keçirilməsində məqsəd şagirdlər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsidir. Şagirdlərə insan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılmış, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edən telefon “Qaynar xətt” xidməti haqqında, eyni zamanda insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumat verildi. Dərsin sonunda şagirdlərin sualları cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi