20 Yanvar faciəsinə həsr olunmuş anım günü

Yanvarın 18-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə 20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümü münasibətilə anım günü keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir dövlət himninin ifa olunması ilə başladı, sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər anım günü ilə bağlı ədəbi-bədii kompozisiya hazırlamışdılar. Onların ifasında 20 Yanvar faciəsinə və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarına həsr olunmuş şeirlər və mahnılar səsləndi.
     Eyni zamanda, məktəbin foyesində Qanlı Yanvar faciəsinə, bu faciə zamanı vətənimizin bütövlüyü və azadlığı naminə şirin canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətənpərvər oğullarımızın xatirəsinə həsr olunan xüsusi guşələrə, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
     Tədbirin sonunda məktəbin direktoru Sevda Abdullayeva Azərbaycan xalqının tarixinə Qanlı 20 Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri haqqında şagirdlərə məlumat verdi və şəhidlərin ölməz olduğunu, onların xalqımızın xatirində əbədi yaşayacaqlarını söyləyərək tədbirə yekun vurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi