20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümü

     Yanvarın 17-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə ilk dərslər 20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümünə həsr edildi. Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə, bu faciə zamanı qəhrəmancasına mübarizə aparıb şəhid olan və əbədiyyətə qovuşan Vətən övladlarının şücaəti haqqında şagirdlərə məlumat verdilər. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənildi.

     Daha sonra şagirdlər Milli Qəhrəman Məzahir Rüstəmovun abidəsi önünə tər çiçəklər düzərək Milli Qəhrəmanı ehtiramla yad etdilər. 

     Həmçinin, hər il olduğu kimi, yenə də məktəbin şagird və müəllimləri 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi