"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" tədbiri

Dekabrın 28-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 6 "a" sinfində sinif rəhbəri Ürfət Zeynalovanın təşkilatçılığı ilə tədbir keçirildi. Tədbir "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə təşkil olunmuşdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsiylə başladı. Şagirdlər "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında məlumat verdi. Qeyd edildi ki, 31 dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Daha sonra şagirdlər vətənimiz Azərbaycana həsr olunmuş şeirlər söylədilər və "Vətən" mahnısını böyük həvəslə ifa etdilər. Həmçinin şagirdlər qarşıdan gələn yeni il bayramını da qeyd edərək yeni ilə həsr olunmuş mahnı oxudular. Tədbirin sonunda şagirdlər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha hər kəsi təbrik edərək uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi