"Bir olaq həmrəy olaq" adlı tədbir keçirildi

Dekabrın 27-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 3 "ç" sinfində sinif rəhbəri Sabirə Abdullanın təşkilatçılığı ilə "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə təşkil olunmuş "Bir olaq həmrəy olaq" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsiylə başladı. Şagirdlər "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" haqqında məlumat verdikdən sonra N.Həsənzadənin "Azərbaycan" şeirini söylədilər. "Həmrəylik himni" adlı mahnı və oğlanların ifasında "Cəngi" rəqsi nümayiş olundu. Şagirdlər həmçinin qarşıdan gələn yeni il bayramını böyük sevinclə qeyd etdilər. Yeni ilə həsr olunmuş şeir söylədilər və "Jingle bells" mahnısına rəqs etdilər. Sonda şagirdlər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha hamını təbrik edərək uğurlar arzuladılar.