"Tarixi Şəxsiyyət" mövzusunda inşa yazı müsabiqəsi

Dekabrın 10-da 238 nömrəli tam orta məktəbdə Nizami rayon gənclər və idman idarəsi tərəfindən Ümummilli lider H.Əliyevin anım gününə həsr olunmuş "Tarixi Şəxsiyyət" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Əvvəlcə H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra Nizami rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva müsabiqə iştirakçılarına inşanın mövzusu haqqında geniş məlumat vermişdir. Müsabiqədə 20 nəfər şagird iştirak etmişdir. Yekunda müsabiqədə mükafatlara layiq 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar müəyyən olunmuşlar. İnşa yazı müsabiqəsində 3-cü yeri 32 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Samirə Nəsibova tutmuşdur.