"Dərman bitkiləri" layihəsinin təqdimatı

Dekabrın 5-də M.Rüsyəmov adına 32 nömrəli tam orta məktəbin 7 "b" sinfində biologiya dərsində Ürfət Zeynalova "Dərman bitkiləri" layihəsinin təqdimatını keçirtdi. Təqdimat zamanı  Azərbaycanda bitən dərman bitkiləri haqqında şagirdlər geniş məlumat verdilər və dərman bitkilərinin geniş formada toplanması haqqında öz təkliflərini irəli sürdülər. Dərman bitkilərinin təbabətdə istifadəsi, həyatımızda rolu şagirdlər tərəfindən bir daha vurğulandı. Xəstəliklərin təbii müalicə üsullarının öyrənilməsi yolları barədə  fikirlər söylədilər. Eyni zamanda şagirdlər yaşadıqları diyarın dərman bitkilərinin şəkillərini cəkmişdilər. Yaraların müalicəsi, sidikqovucu, sakitləşdirici dərmanların qurudulması yollarından danışıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi