"Son zəng" tədbiri keçirildi

Həmişə olduğu kimi bu il də 318 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə rəhbərlik, müəllim və şagird heyəti, valideynlər iştirak edib. Onbirincilər tədbir iştirakçılarının alqışları altında meydana daxil olublar. Sonra İlk çıxışı məktəbin direktoru Mürsəl Kazımov edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Çıxışdan sonra direktor DİM tərəfindən keçirilən birinci qəbul imtahanında yüksək bal toplamış məzunları Fəxri Fərmanla təbrik edib.

Məzunlar hazırladıqları bir-birindən maraqlı rəqs və ifalarını təqdim edib. Məktəbin ibtidai sinif şagirdləri də öz rəqs və ifaları ilə tədbirə qatılıblar. Tədbirin sonunda onbirincilər üçün “Son zəng” çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi