“Dəmir yumruq qələbənin əsasıdır”

318 nömrəli tam orta məktəbdə "Dəmir yumruq qələbənin əsasıdır" mövzusunda maarifləndirici dərs keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə Vətən müharibəsində qazanılan tarixi Zəfərin mahiyyətini anlatmaq, qəhrəman əsgərlərimizin şücaətini tanıtmaq və onlarda vətənpərvərlik ruhunu gücləndirmək olub.

Dərsdə qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməsi ilə nəticələndi. Bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də milli birliyin, xalq–ordu–dövlət birliyinin simvolu kimi tarixə yazıldı.

Şagirdlərə Vətən uğrunda canından keçən qəhrəmanlarımız – general-mayor Polad Həşimov, gizir Mübariz İbrahimov, mayor Anar Novruzov, polkovnik-leytenant Şükür Həmidov və digər igid döyüşçülərimizin həyat və döyüş yolları haqqında məlumat verilib, onların qəhrəmanlığı ehtiramla anılıb.

Dərs şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və onlarda milli qürur hissini daha da gücləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi