Ədəbiyyat dərsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olundu

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır.

    Nizami Gəncəvinin 880 illiyi münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər keçirilir, dərslər həsr olunur. Bu dərslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qahirə Sadıqova tərəfindən 6 “A” sinfi ilə keçirildi. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığından danışdılar, əsərlərindən nümunələr söylədilər (https://youtu.be/s7ieCMO2sFc).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi