BŞTİ-yə tabe məktəblərin 40 məzunu Prezident təqaüdünə layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin  40 məzunu Prezident təqaüdünə layiq görülüb.

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.

“2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.

Prezident təqaüdçüləri paytaxtdakı 5, 36, 47, 57, 62, 71, 72, 80, 89, 114, 130, 157, 165,166, 177, 178, 182, 192, 202, 213, 229, 244, 250, 261, 263, 266, 276, 278, 284, 305 və 311 nömrəli ümumi təhsil məktəblərinin məzunlarıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM