"Evdə qal", "Güc birlikdədir"

Hazırda Koronovirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqəsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi insanları evdə qalmağa çağırıb. Azərbaycanda dövlət başçısının rəhbərliyi altında görülən mühüm tədbirlər və çevik siyasət nəticəsində virusun fəsadları minimuma endi. Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. İnsanlar bilməlidir ki, evdə qalmaqla həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Bu qaydaya əməl olunarsa Azərbaycan bu xəstəliyə qalib gəlmiş olar. Evdə oturmaq xəstəliyə yoluxmamaya zəmanət verən ən optimal yoldur.

Bakı şəhərindəki 318 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Firuzə Nəcəfovanın rəhbərlik etdiyi 3 "Ç" sinfində təhsil alan şagirdlər də ölkədə elan olunan izolyasiya tədbirlərinə qoşularaq şagird yoldaşlarını, müəllimləri #evdəqal aksiyasına (https://www.youtube.com/watch?v=ostkWgarjGM&feature=youtu.be) dəvət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi