2012-ci ildə Türkiyənin Ərzurum şəhərinin “Yakutiye” idman kompleksində yeniyetmələrin cüdo üzrə beynəlxalq turnirində 9 "C" sinif şagirdi Əli Ocaqzadə (42 kiloqram) I yer qazanaraq kürsünün ən yüksək pilləsinə qalxmışdır. 2013-cü ildə cüdo üzrə yarışda II yer, 2015-ci ildə III yer qazandığına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif olunmuşdur. 2015-ci ildə I yer qazandığına görə Azərbaycan Cüdo Federasiyasının kubok və diplomuna layiq görülmüşdür. 2015-2016-cı illərdə dəfələrlə Gürcüstan və Dağıstanda müxtəlif dərəcəli diplomlara layiq görülmüşdür. 2016-cı ildə Səbail rayon açıq birinciliyində III yer qazandığına görə Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur. Ümumiyyətlə, hazırda 9-cu sinifdə oxuyan Əli yarışlardan 20-yə yaxın müxtəlif dərəcəli diplom, medal və kuboklarla mükafatlandırılmışdır.