Bilik Gününüz mübarək

Sentyabr 15-də Bilik Günü münasibətilə Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Məktəbin direktoru Y.Quliyev tədbiri açıq elan edərək şagirdləri və müəllimləri təbrik edib, təhsil yolunda ilk addımlarını atan birincilərə uğurlar arzu etdi.
2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar olaraq məktəbin tarix müəllimləri V.Babayev və İ.Şirinova "Konstitusiya və Suverenlik ili" mövzusunda çıxış edərək dövlət müstəqilliyimizin ,suverenliyimizin qorunması və möhkəmləndirilməsinin vacibliyi barədə geniş məlumat verdilər.
Tədbirdə iştirak edən Suraxanı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi L.Hacıyeva Suraxanı RİH A.Əliyevin adından şagird və müəllim heyyətini "Bilik Günü" münasibətilə təbrik etdi.
Yeni tədris ilində şagirdlərimizə uğurlu təhsil yolu,müəllimlərimizə isə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.