Pedaqoji Şura iclası

Sentyabrın 5-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə 2025/2026-cı tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Yasin Quliyev iclası açıq elan edərək pedaqoji kollektivi yeni tədris ili münasibətilə təbrik edib,uğurlar arzu edib. Pedaqoji Şurada Gündəlikdə duran məsələlər aşağıdakılardır.
2024/2025 -ci tədris ilinin nəticələri və 2025/2026-cı tədris ilində qarşıda duran vəzifələr.
Məktəbin illik fəaliyyət planın,Pedaqoji Şuranın illik fəaliyyət planının təsdiqi,Pedaqoji Şura katibliyinin seçilməsi.
Məktəbin iş rejiminin müəyyən edilməsi.
2025/2026-cı tədris ili üzrə I(birinci) və X(onuncu) siniflərə şagird qəbulu, tam orta təhsil səviyyəsi üzrə təmayül sinflərin təşkili
Metodbirləşmə rəhbərlərinin təyin olunması
2025/2026-cı tədris ili üzrə sinif komplektlərinin müəyyən edilməsi,sinif rəhbərlərinin təyin olunması.
Yay-tədris tapşırığının yekun nəticələri.
Cari məsələlər
İclasda şagirdlərin valideynlərinin iştirakıda təmin olunub."Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim forması" və yay-tədris tapşırığının nəticələri ilə bağlı valideynlərə ətraflı məlumat verilib.İclasda məktəbin inkişaf planı, yeni tədris ilində qarşıya qoyulan hədəflər, tədrisin keyfiyyətinin artırılması yolları və diaqnostik qiymətləndirmələrin təşkili məsələləri geniş şəkildə müzakirə olundu.
2024/2025-cı tədris ilində tam orta təhsil səviyyəsini başa vuraraq yüksək nəticələrlə ali məktəblərə qəbul olan şagirdlərin uğurlu nəticələri münasibətilə məktəb rəhbərliyi onların üzərində əməyi olan müəllimləri təbrik etdi.
Eyni zamanda, tədris heyətinə yeni qoşulan müəllimlər kollektivə təqdim edildi, onlara fəaliyyətində uğurlar arzu olundu.