15 SENTYABR "BİLİK GÜNÜ"

    Sentyabrın 15-də Suraxanı rayon 316 saylı məktəbdə təlimata uyğun olaraq əvvəlcədən məktəb həyətində  2 metrlik məsafə ilə  hazırlanmış xətlər üzərində şagirdlər düzüldülər.Müəllimlər və onlara ayrılmış köməkçilər məktəb rəhbərliyinin nəzarəti altında şagirdləri hissə-hissə ara məsafəsi saxlanılmaqla əvvəlcə temperaturlarını ölçdülər,hər bir şagirdin əlləri  dezinfeksiya olundu. Şagirdlər yarımqrup şəklində siniflərə daxil oldular. Hər partada bir nəfər olmaqla məktəblilər  dərslərə başladılar. Hər tərəfdən: məktəbin foyesindən koridorlardan və sinif otaqlarında asılmış lövhələrdən Covid-19 haqqında məlumatlar almaq olardı. İlk dərslər şagirdlərin bu virus ilə necə mübarizə aparmaq qaydalarına həsr olunmuşdur . Müəllimlər tərəfindən hazırlanmış slay şoular göstərildi və ətraflı məlumatlar verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi