Son zəng

Son zəng... Sevincin, bir o qədər də kədərin qonaq olduğu gün... Həyatın enişli-yoxuşlu yollarına atılan ilk addım... Sonun başlandığı bir tarix... Uşaqlığımıza "əlvida" deyirik "Son zəng" günündə. Hamıda bir həyəcan olur bu gün. İllər əvvəl məktəb dəhlizlərində qaçan uşaqlar bu gün buradan ayrılır, çətin, keşməkeşli həyatın qoynuna atılırlar. 
Məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Nümayəndəliyinin əməkdaşı Osman Qasımov, 45 saylı Laçın məktəbinin direktoru Şakir Əhmədov, şəhid ailələri iştirak etdilər. 
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Təbrik üçün ilk söz məktəbin direktoru Səfa Xəlilova verildi. O, məktəbin nailiyyətlərindən, qabaqcıl müəllimlərindən danışdı. Məktəb şagirdlərinin müxtəlif müsabiqələrdə iştirak etdiyini qeyd etdi. Məzunlar çıxışlarında məktəbdən ayrıldıqları üçün həm sevindiklərini, həm də kədərləndiklərini bildirdilər. Sonda son zəng səsləndi. Bu zəng artıq onları siniflərə deyil,  müstəqil həyata səsləyirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi