"Xoşbəxt olsun uşaqlar"

1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Onların problemlərinin həlli üçün müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Məktəbdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Səfa Xəlilov Ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində göstərdiyi qayğıdan danışdı. Tədbirin bədii hissəsində uşaqlar mahnılar oxudular, rəqslər ifa etdilər.