Milli Müstəqilliyimiz

"28 May Müstəqillik Günü" xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. Bu tarixi hadisə milli şüurun oyanışının bariz nümunəsi olmuşdur. " 28 May Müstəqillik Günü " şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.
Məktəbdə "Müstəqillik Günü"nə həsr olunmuş tədbir hazırlandı. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Səfa Xəlilov "28 May Müstəqillik Günü" haqqında ətraflı məlumat verdi. Bu günün tarixi əhəmiyyətindən danışdı. Şagirdlər "Müstəqillik Günü"nə həsr olunmuş şeir və mahnılar ifa etdilər. Sonda "Son iclas" filmi nümayiş olundu.