HAQQIMIZDA

               Binəqədi rayonu 314 nömrəli tam orta məktəb Biləcəri qəsəbəsində yerləşir. Məktəb 2007/ 2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2262 şagird təhsil alır ki, onlar 82 sinifdə komplektləşmişdir. I-IV siniflər 30, V-IX siniflər 38, X-XI siniflər 10 , 4 məktəbəhazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir. Təlim Azərbaycan dilindədir. Məktəbdə 115 pedaqoji, 29 texniki işçi fəaliyyət göstərir. Məktəb binası 800 yerlikdir və 1 korpusdan ibarətdir. Məktəbdə 1 fizika, 1 kimya, 1 biologiya, 6 informatika,1 əmək hazırlığı və 1 hərbi kabinet, 1 kitabxana fəaliyyət göstərir.Kitabxananın ümumi kitab fondu 28583 ədəddir. 1 bufet,1 akt zalı, 1 idman zalı vardır. 314 №-li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. 314 №-li orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Məktəb şagirdlərinin respublika olmpiadasında yer tutmalarını göstərmək olar. Məktəbimizin 9-cu sinif şagirdi Xəlilova Nigar Aftandil qızı  Respublika Azərbaycan dili fənn olimpiadasında 2-ci yera layiq görülmüşdür. Hər il məktəbin şagirdlərindən 600-dən yüksək bal toplayanlar olur. Müəllimlər arasında müsabiqə və layihələrdə iştirak edənlər vardır. Məktəb fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün Binəqədi rayonunda evdə təhsilin təşkili üzrə mərkəz məktəbdir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi