Qəhrəmanlar unudulmur

Vətənpərvərliyi, döyüşkənliyi, qorxmazlığı ilə seçilib yurdumuzun övladları. Yadelli işğalçılara qarşı döyüşlərdə amansız olub, torpağını düşməndən qoruyub, yenilməz qalaların müdafiəsində əzmlə dayanıblar. Belə qəhrəman oğullarımızdan biri də Böyük Vətən Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovdur. O, bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində böyük xidmətlər göstərərək rəşadətli döyüş yolu keçmişdır. Əbəs yerə deyildir ki, Ümummilli lider Heydər Əliyev onun haqqında belə demişdir: “Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır.”

Məktəbimizin taix müəllimləri Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yoluna həsr olunmuş  onlayn tədbirlər hazırladılar.  Qəhrəmanın Fransa Müqaviməti Hərəkatı təşkilatında partizan kimi göstərdiyi xidmətlərdən danışdılar. Fransa dövləti tərəfindən  orden və medallarla təltif olunması barədə maraqlı məlumatlar verdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi