313 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri

313 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilmişdir. Tədbir məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil edilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdı. Məktəbin direktoru Zakir Bayramov məzunları təbrik edib və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ümumi məlumat vermişdir.