27 Sentyabr-Anım günüdür

            Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 27 Sentyabr-Anım günü ilə əlaqədar keçirilən tədbirdə İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi yad edilmişdir. Tədbirdə Şəhid Sənan Abdullayevin valideynləri iştirak etmişdir. Tədbirdə məktəbin direktoru Fidan Axundova, hərbi rəhbər Vilayət Qurbanov, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə İmanbəyli, təşkilatçı Reyhan Tanrıverdiyeva hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsi haqqında çıxış etmişdirlər.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

Şəhidlər Ölməz!

Vətən Var Olsun!

Şəhidlər Qəhrəmanlarımızdır!

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!

Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!

Sənə can qurban, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi